Bizim də kəndimiz işğaldan azad edildi.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi Zəngilan rayonunun Şəfibəyli kəndinin düşməndən azad edildiyini eşidəndə yaşadığı hissləri bölüşüb:
"Babam Şəfibəyli kəndindəndir. Heç vaxt orada olmamışam. Hər zaman arzulayırdım ki, işğaldan azad edilsin gedib oranı görüm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Arzumun bir qismi reallaşdı. O torpaqlara ayaq basacağım anı səbirsizliklə gözləyirəm. İnşallah, orada ev tikdirəcəm. Bu mənim çoxdankı arzumdur".
Milli.Az