İcra rəsmisinin oğlu özünü asdı

24 Aprel 2010 11:07
İmişli rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Yuxarı Qaralar kənd sakini, 18 yaşlı Alov Məmmədov özünü asıb. Mərhumun meyiti dünən yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib.

Orta məktəbin 11-ci sinfində oxuyan A.Məmmədov rayonun Höcələr kənd ərazi icra nümayəndəsinin müavini Nəcibə Məmmədovanın oğludur. Ailədə 3 uşaqdan biri olan A.Məmmədov özünə valideynlərinin evdə olmadığı vaxt qəsd edib. Belə ki, anasının işə, atasının isə küçəyə çıxmasından istifadə edərək evdə balaca qardaşını aldadıb və tövləyə gedərək özünü asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Anar Məmmədov
Milli.Az