“Sivasspor”un prezidenti bəraət aldı - Danışılmış oyunlarla bağlı

6 Noyabr 2020 17:54

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu dəfə 19 nəfər barəsində hökm oxunub.

Aralarında "Sivasspor"un prezidenti Məcnun Otyakmaz və "Fənərbağça"nın sabiq rəsmisi Şekip Mosturoğlu da olan 19 şübhəli şəxs bəraət alıb. İstanbul 13-cü Ağır Cəza Məhkəməsi "Fənərbaxça"nın keçmiş prezidenti Əziz Yıldırımla bağlı isə hələ qərar verməyib.

Qeyd edək ki, danışılmış oyunlarda şübhəli bilinənlər arasında Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan da var.

Milli.Az