"Real"da yeni müqavilə

6 Noyabr 2020 15:03

"Real" futbolçusu Dani Karvahalla müqaviləni uzatmağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan müdafiəçi ilə yeni müqavilənin şərtləri artıq razılaşdırılıb. Onunla 2024-cü ilin iyun ayına qədər sözləşmə imzalanacağı bildirilir.

Qeyd edək ki, 2013-cü ildən Madrid klubunda çıxış edən Karvahalın hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Milli.Az