24 ilin ən uğurlu seriyası - 24-cü oyunda dayandı

6 Noyabr 2020 11:40

Avropa Liqasının III turunda "Lill"i qəbul edən "Milan" 0:3 hesabı ilə məğlub olub.

Milli.Az apasport.az-a istinadla bildirir k,  bununla "rossonyerlər"in uğurlu seriyası qırılıb.

Cari mövsüm bütün turnirlərdə ilk yenilgisini alan İtaliya klubunun məğlubiyyətsiz oyunlar seriyası 24 oyunda dayanıb. Axırıncı dəfə martın 8-də meydanı başıaşağı tərk edən A seriyası təmsilçisi son 24 ilin ən uzun seriyasına imza atıb.

Qeyd edək ki, Avropa Liqasının H qrupunda qərarlaşan "Milan" hazırda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Milli.Az