Təbii qaz ucuzlaşıb

6 Noyabr 2020 12:02

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,58% azalaraq 2,914 ABŞ dolları təşkil edib.

Milli.Az