Bu tibb işçiləri yanvaradək əlavə maaş alacaqlar

5 Noyabr 2020 18:49

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarına dəyişiklik edilb.

Milli.Az bildirir ki, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

Əvvəllər bu müddət 2020-ci ilin oktyabrın 1-dək müəyyən edilmişdi.

Milli.Az