Xocavənd və Şuşanın Ordumuz tərəfindən atəşə tutulması xəbəri yalandır - MN

5 Noyabr 2020 10:10

Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Milli.Az