Çempionlar Liqasında ən yaxşı adına 4 namizəd

5 Noyabr 2020 09:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA III turun oyunlarından sonra fərqlənən dörd futbolçunu müəyyənləşdirib.

Bunlar Alassane Plea ("Borussiya", Mönhenqladbax), Dioqo Jota ("Liverpul"), Erlinq Haland ("Borussiya", Dortmund) və Yussef En-Nesiridir ("Sevilya").

Həftənin oyunçusu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə müəyyənləşəcək.

Milli.Az