Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub - MN

5 Noyabr 2020 09:19

Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.

Milli.Az