"Napoli"nin kapitanı sağaldı

5 Noyabr 2020 09:14

"Napoli"nin kapitanı Lorenzo İnsinye zədəsini sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komanda ilə ümumi məşqlərə başlayıb. Onun adının Avroliqanın qrup mərhələsinin 3-cü turunda "Riyeka" ilə oyun üçün iştirak ərizəsinə daxil edildiyi bildirilib.

Qeyd edək ki, İnsinye bu mövsüm 3 matçda 2 qol vurub.

Milli.Az