"Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik" adlı 5 günlük onlayın treninqlərə start verildi

4 Noyabr 2020 19:28

Azərbaycan Televiziyasının Teleradio Akademiyası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisi ilə "Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik" adlı 5 günlük   onlayın treninqlərə start verir. 

Türkiyənin Anadolu Agentliy Xəbər Akademiyasının mütəxəssisləri (noyabrın 9-dan 13-ə kimi) Azərbaycanın elektron və print mediasının 40-a yaxın əməkdaşına treninq keçəcək. 

Savaş jurnalistinin xəbər yayma imkanları, təhlükəsizliyi, riskli  bölgələrdə xəbərçilik, riskli bölgələrdə yeni  mənbələrin öyrənilməsi,   müharibə operatorunun  təhlükə zamanı fəaliyyəti və digər mövzular  müzakirə ediləcək, dünya təcrübəsi öyrəniləcək.

Milli.Az