“Barselona” kuboku qazanacaq səviyyədə deyil” - Luçesku meydan oxudu

4 Noyabr 2020 17:27

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə keçiriləcək oyunöncəsi iddialı açıqlama verib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, rumıniyalı mütəxəssis Kataloniya klubunu nəhəng rəqib saymadığını bildirib.

Bu gün "Nou Kamp"da keçiriləcək matçla bağlı danışan Luçesku rəqibdən çəkinmədiklərini söyləyib: "Bavariya" ilə oyundan sonra "Barselona"nın dəyişikliklər etməsi başadüşüləndir. İstedadlı oyunçulara malikdirlər, ancaq zamana ehtiyacları var. "Barselona" hazırda Çempionlar Liqasını qazanacaq səviyyədə deyil. "Bavariya", "Mançester Siti" və PSJ-nin şansı daha çoxdur".

Qeyd edək ki, iki turdan sonra "Barselona" 6 xalla G qrupuna başçılıq edirsə, "Dinamo"nun aktivində 1 xal var.

Milli.Az