Feysbuk iOS üçün gecə rejimini istifadəyə verdi

5 Noyabr 2020 20:45

Feysbuk iOS istifadəçiləri üçün də gecə rejimini istifadəyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət xeyli əvvəl qaranlıq rejimi Android istifadəçiləri üçün açıq elan etmişdi. Bu funksiyanın iOS cihazlarda da istifadəyə verilməsi barədə şirkətin mühəndisi Jane Manchun Wong Tvitter hesabında yazıb.

O bildirib ki, rejimi aktivləşdirmək üçün öncə "parametrlər"ə, daha sonra isə "gizlilik" bölümünə daxil olmaq, "qaranlıq rejim" bəndini seçmək lazımdır.

Qeyd edək ki, rejim iOS cihazlar üçün aktiv hala gətirilsə də, Android istifadəçiləri üçün hələlik beta versiyada təqdim olunub.

Milli.Az