"Sivasspor" - "Qarabağ" oyununun hakimləri dəyişdi

4 Noyabr 2020 16:47

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçının hakimləri dəyişdirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Referi Sandro Şörer olacaq. Ona yan xətt hakimləri qismində Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.

Dördüncü hakim isə dəyişilməyib. Bu funksiyanı portuqaliyalı Yanku Yoan Vasilista yerinə yetirəcək.

Bundan əvvəl qarşılaşma Joaou Pinyeyronu rəhbərlik etdiyi Portuqaliyadan olan hakimlər briqadasına tapşırılmışdı.

Qeyd edək ki, sabah "Yeni 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Milli.Az