"Hər kəs Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməlidir" - Çavuşoğlu

4 Noyabr 2020 14:55

Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Çavuşoğlu "Twitter" hesabında bildirib.

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını deyən nazirin sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

"Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik".

Milli.Az