“Qarabağ” Türkiyədə belə qarşılandı - FOTO

4 Noyabr 2020 14:35

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə "Sivasspor"la qarşılaşacaq "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sivas Valiliyi və Sivas Milli Təhsil İdarəsi tərəfindən komandanın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub. 

Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib. 

Milli.Az