Ağdərə istiqamətində düşmən UAZ-ı vuruldu, kapitan öldü

4 Noyabr 2020 14:07

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

Milli.Az