Ermənistan silahlı qüvvələri işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
O vurğulayıb ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatında Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərin törədilməsui üçün zəmin hazırlandığı açıq-aşkar görünür.
Milli.Az