Serxio Ramos 100-ü keçdi

4 Noyabr 2020 10:55

İspaniyanın "Real" klubunun kapitanı Serxio Ramos Madrid təmsilçisinin heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü qolunu vurub.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, yubiley qolu Çempionlar Liqasının III turuna təsadüf edib.
 
Müdafiəçi İtaliya "İnter"i ilə hazırda davam edən qarşılaşmanın ilk yarısında fərqlənib. 34 yaşlı müdafiəçi bu qollardan 55-nə başla imza atıb.

Ramos "Real"ın tarixində 100 və daha çox qol vuran 23-cü oyunçudur. Onadək 22 futbolçu bacarıb.
 
Serxio buna nail olan ikinci müdafiəçidir. Yalnız Fernando Yerro "Real"da daha çox - 127 qol vurub.

Milli.Az