İspaniya millisinin hücumçusu koronavirusa yoluxdu

4 Noyabr 2020 11:17

"Lids"in və İspaniya millisinin üzvü Rodriqo Moreno koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu 29 yaşlı hücumçu İnstaqram hesabında yazıb. O, özünü yaxşı hiss etdiyini bildirib. Rodriqo milli komandaya və "Lids"ə evdən dəstək olacağını qeyd edib.

Daha əvvəl İspaniya millisinin digər üzvü Mikel Oyarzabal da koronavirusa yoluxmuşdu.

Milli.Az