Şahin Mustafayev Əfqanıstan səfirliyində Hökumət adından başsağlığı verib

3 Noyabr 2020 21:17

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev noyabrın 3-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Nazirin müavini Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikası Hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan Hökumətinə və qardaş Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Milli.Az