Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilib - VİDEO

3 Noyabr 2020 20:28

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a məlumat verilib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.

Milli.Az