Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb - FOTO

3 Noyabr 2020 16:52

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Milli.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.
 

Milli.Az