Ermənistan Gövhər Ağa məscidinin vurulması ilə bağlı növbəti təxribat məlumatı yayır

3 Noyabr 2020 16:27

Ermənistan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır: "Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır".

Milli.Az