Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək - Mövlud Çavuşoğlu

3 Noyabr 2020 15:25

Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməyə davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Bakı ilə Ankara arasında daim siyasi məsləhətləşmələr aparılır.

Nazir əlavə edib ki, Azərbaycan ədalətli mübarizə aparır və Türkiyə ədalətin tərəfindədir.

Milli.Az