Hikmət Hacıyev: Obyektiv xairici jurnalistlər erməni lobbisi tərəfindən hədə ilə üzləşir

3 Noyabr 2020 15:18

Beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, biz bunları açıq şəkildə izləyirik və görürük. Biz bunları qəti halda pisiləyirik:

"Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyətini erməni lobbisinin bu hərəkətinlərinin qarşısını almağa çağırırıq".

Milli.Az