Alanyada turist gəmisi batıb: ölən var

3 Noyabr 2020 16:20

Türkiyənin Alanya bölgəsində batan turist gəmisindən bir nəfərin meyiti çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə zamanı gəmidə 30 nəfərin olduğu bildirilir.

Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri, hələ ki, bəlli deyil.

Digər sərnişinlərin axtarışları davam edir. Bölgəyə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Milli.Az