“Keçmiş olsun, gözəl körpəm” - Ərdoğan

3 Noyabr 2020 14:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə dağıntılar altından 91 saat sonra xilas edilən Ayla Gezgin barədə paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkə başçısı 4 yaşlı körpənin fotosunu paylaşaraq ona can sağlığı arzulayıb.

"Möcüzənin adı Ayla... 91 saat sonra sənin o gülən gözlərinlə birlikdə hamımıza yeni ümidlər bəxş edən Allaha şükürlər olsun. Keçmiş olsun, gözəl körpəm", - Ərdoğan qeyd edib.

Milli.Az