Düşmənə növbəti güclü zərbə - Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edildi

3 Noyabr 2020 13:52

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Milli.Az Müdafiə Nazirliyi-nə istinadən bildirir ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

Milli.Az