Xüsusi təyinatlılarımızın Xocavənddə məhv edilməsi də yalandır - MN

3 Noyabr 2020 13:31

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

Milli.Az