Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

3 Noyabr 2020 10:34

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.

Milli.Az