Döyüş maşını komandiri kimi xüsusi fəallıq göstərən gizir - VİDEO

3 Noyabr 2020 10:17

Müdafiə Nazirliyi daha bir hərbçimizin şücaəti haqda məlumat yayıb.

Milli.Az Müdafiə Nazirliyi-nə istinadən bildirir ki, gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşını komandiri kimi xüsusi fəallıq göstərib.

O, düşmənin canlı qüvvəsini və atəş vasitəsini məhv edib.

Milli.Az