"Facebook"un işində problemlər yaranıb

3 Noyabr 2020 07:42

"Facebook" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Downdetector servisinin saytında bildirilib.

Məlumata əsasən, nasazlıqdan daha çox ABŞ, Niderland və Böyük Britaniyada şikayət edirlər.

Problemlər barədə məlumat verən Facebook istifadəçilərinin təxminən 43% -i hesablarına daxil ola bilmir, digər 28% -i lentaya baxmaqda çətinlik çəkir və 27% -i sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənir.

Milli.Az