Ağdamda mikroavtobus yanıb

3 Noyabr 2020 08:03

Ağdam rayonunun Eyvazlı kəndində "VAZ" markalı minik avtomobili və "QAZel" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə "QAZel" markalı mikroavtobusun yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Milli.Az