Qubadlı yenə Ermənistan ərazisindən atəşə tutulur

2 Noyabr 2020 18:56

Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Milli.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.

Milli.Az