Rusiyalı yazıçı evində ölü tapıldı

2 Noyabr 2020 18:15

Rusiyalı yazıçı Kira İzmaylova Moskvadakı evində ölü tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 37 yaşlı yazıçının itməyi barədə bacısı polisə məlumat verib. O, sonuncu dəfə yazıçı ilə bir həftə əvvəl ünsiyyətdə olduğunu bildirib.

K.İzmaylovanın evinə gələn polislər onun meyitini tapıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətlərinin olmadığı deyilir.

Ekspertlər onun 3 gün əvvəl öldüyünü müəyyən edib.

Kira İzmaylova əsasən fantastika və fentezi janrlarında 80-ə yaxın kitabın müəllifidir.

Milli.Az