“Düşmənin heç bir hərbi texnikası qalmayacaq” - VİDEO

2 Noyabr 2020 17:25

Müdafiə Nazirliyi növbəti dəfə döyüş maşınları barədə video yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan məlumatda Azərbaycan Ordusunun əsgərinin düşmənə hücum zamanı çıxışı qeyd olunub:

"Hazırda bizim tərəfimizdən düşmənin texnikası və canlı qüvvəsi sıradan çıxarılır. Nailiyyətlərimiz bundan da çox olacaq. Düşmənin heç bir hərbi texnikası qalmayacaq. Torpaqlarımızı tərk edənə qədər düşmənə sarsıdıcı zərbələr endiriləcək".

Milli.Az