Əli Əsədov gürcü həmkarına məktub ünvanladı

2 Noyabr 2020 16:56

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Milli.Az-a bildirilib ki, Baş nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qalib gəlməsi münasibətilə Baş nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

Milli.Az