UEFA 10 illik nəticələrinə görə "Qarabağ"a pul ödədi

2 Noyabr 2020 17:16

UEFA növbəti dəfə "Qarabağ"ın hesabına vəsait köçürüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində iştirakına görə (UEFA-nın əmsallar reytinqinə əsasən) Ağdam klubu 2 milyon 750 min avro, 10 il ərzində göstərdiyi nəticələrə görə isə 1 milyon 214 min 310 avro gəlir əldə edib. Vəsait AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"a ödənilib.

Xatırladaq ki, "Qarabağ" hazırda Avroliqanın qrupunda mübarizəni davam etdirir.

Milli.Az