Ermənilərin Ağdama atdığı mərmi məktəbə düşüb

2 Noyabr 2020 14:09

Ermənistan silahlı qüvvələri Ağdam rayonunu atəşə tutur.

Milli.Az APA-ya istinadən bildirir ki, düşmənin atdığı mərmilərdən biri rayonun Mahrızlı kəndində orta məktəb binasına düşüb.

Bundan başqa, rayon ərazisindəki muzey binası və evlərə də ciddi ziyan dəyib.

Milli.Az