Ceyhan neft terminalından bu il 179 mln. barel neft yola salınıb

2 Noyabr 2020 14:08

Bu il (noyabrın 2-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 179,5 mln. barelə yaxın neft yola salınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin  nefti nəql edilir.

Məlumata əsasən, bu il terminalda 238 tanker yüklənilərək yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,54 mlrd. barelə yaxın neft yola salınıb və 4 619 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Milli.Az