"Barselona"dan 18 illik antirekord

2 Noyabr 2020 05:30

"Barselona" bu mövsüm La Liqada son 18 ildəki ən pis başlanğıcını edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu çempionatın ilk 6 oyununda cəmi 8 xal toplamağı bacarıb. "Barselona" son dəfə 2002/2003-cü illər mövsümündə Lui van Qalın baş məşqçiliyi altında belə nəticə göstərib.

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 12-ci pillədə qərarlaşır.

Milli.Az