"Roma"nın baş məşqçisinin evi qarət edildi

1 Noyabr 2020 18:37

"Roma"nın baş məşqçisi Paulo Fonsekanın evi qarət edilib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu, cümə günü 47 yaşlı mütəxəssisin klubun bazasında olduğu zaman baş verib.

Həmin vaxt onun həyat yoldaşı və övladı da evdə olmayıb.

Fonsekaya dəyən zərərin miqdarı isə 100 min avrodur.

Milli.Az