Kriştiano Ronaldo meydana dönüşü barədə özü qərar verəcək

1 Noyabr 2020 17:30

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının "Speziya" ilə oyununda meydana çıxmaqla bağlı qərarı özü verəcək.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, məşqçilər korpusu koronovirusdan yeni sağalan portuqaliyalı hücumçunun özünün seçim etməsini məqsədəuyğun sayıb.

İnfeksiya üzündən bir müddət məşqlərdən və oyunlardan kənar qalan Ronaldo hazır olub-olmadığını özü müəyyənləşdirməlidir. Əgər forvard bu gün meydana çıxmasa, qayıdışı Çempionlar Liqasının III turunun "Ferensvaroş"la matçına təsadüf edəcək.
 
Qeyd edək ki, "Yuventus" "Speziya" ilə səfər matçını bu gün keçirəcək.

Milli.Az