İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan

31 Oktyabr 2020 22:36

İzmir şəhərində baş verən zəlzələ nəticəsində indiyədək 37 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün İzmirin Seferhisar rayonuna gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti qeyd edib: "Hazırda 37 həlak olan və 885 yaralımız var. Dağıntılar altından çıxarılan vətəndaşlarımızın sayı 103-dür".

Ərdoğan əlavə edib ki, yaralılardan 667-si xəstəxanadan evə buraxılıb:

"218 vətəndaşın müalicəsi davam edir. 8 nəfər reanimasiyadadır. Üç nəfərin vəziyyəti ağırdır".

Türkiyə lideri bildirib ki, 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajlarını çatdırıblar.

Milli.Az