Lökbatanda yolu keçən qadını maşın vurub öldürdü

31 Oktyabr 2020 18:25

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi  "Toyota" markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Milli.Az