Donnaruma, Hauqe və Qabbia koronavirusdan sağaldı

31 Oktyabr 2020 14:57

"Milan"ın fubolçuları  Canluici Donnaruma, Yens Peter Hauqe və Matteo Qabbia koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçulardan götürülən son test nümunələri cavablarının mənfi olduğu bildirilib.
 
Qeyd edək ki, bir müddət öncə "Milan"da Leo Duarte və Zlatan İbrahimoviç də koronavirusa yoluxaraq sağalmışdı.

Milli.Az