Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq

31 Oktyabr 2020 09:38

Böyük Britaniya əhali arasında profilaktik peyvəndləmə proqramına uyğun olaraq cari il qripə qarşı peyvəndlərin ixracını məhdudlaşdıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Mett Henkok bildirib.

M.Henkok deyib: "Bu tədbir qışdan əvvəl 30 milyon doza qripə qarşı peyvəndin təmin edilməsi planlarımızı qoruyacaq".

Nazir vurğulayıb ki, hazırkı mərhələdə Birləşmiş Krallıqda peyvəndləmə üçün kifayət qədər preparat var.

Milli.Az