Qvardioladan "Barselona" açıqlaması

31 Oktyabr 2020 12:40

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sabiq klubu "Barselona"ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "şəhərlilər"də qalmaq niyyətində olduğunu deyib:

"Mançester Siti"də özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Ümid edirəm ki, buarada daha uzun müddət qalmaq üçün bu mövsüm daha yaxşı işlər görə biləcəyəm".

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb. O, 2016-cı ildən "Mançester Sti"də işləyir.

Milli.Az